SON XƏBƏR

QAT-ın nümayəndə heyəti Borçalıdadır

Oktyabr 18
22:09 2015
Qarabağ Azadlıq Təşkilatının nümayəndə heyəti "Qarabağ həqiqətlərinin təbliği, xarici QHT- lərlə əməkdaşlıq” layihəsi çərçivəsində Gürcüstan respublikasında səfərdədirlər.
 
Qarabağ Azadlıq Taşkilatının sədr müavini Fəridə Əsgərovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə "Yaddaş” filminin rejissoru Elxan Xanəlizadə, "Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, QAT-nın sədr müavini İlqar Əliyev və təşkilatın mətbuat xidmətinin əməkdaşı Əzizə Muradova daxildirlər.
 
Səfər çərçivəsində Tbilisi şəhəri, Marneuli, Dmanisi rayonlarında QHT-lərlə, ictimai fəallarla görüşlər, həmçinin Qarabağ həqiqətlərinə dair azərbaycan, rus, gürcü, ingilis dillərində təşkilatın tərtib etdiyi kitabların paylanması və " Yaddaş” filminin nümayişi nəzərdə tutulub. "Qlobalinfo”ya verilən məlumata görə səfər davam edir.
 
Qeyd edək ki, təşkilat üzvləri dünən erməni əsirliyində olan Gürcüstan vətəndaşı Turqay Mikayılovun ailəsinə baş çəkiblər. Daha sonra isə sentyabr ayında cəbhənin Tərtər istiqamətində şəhid olmuş silahlı qüvvələrimizin əsgəri Məmmədov Elşən Vaqif oğlunun hüzr mərasimində iştirak ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook