Qardaşından Ziya Məmmədovun Orduya yardım göstərməməsi ilə bağlı açıqlama
Oktyabr 02
13:57
2020
"Bu gün Qarabağa hücum istiqamətində hər hansı bir zərurət yaranarsa, yaş həddindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları çağırışa hazırdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov deyib. Sabiq deputat hər bir Azərbaycan vətəndaşı kimi böyük ümidlə qələbə xəbərini gözlədiyini bildirib:
"Cəbhədə vuruşan bütün vətəndaşlara can sağlığı arzulayıram. Arzu edərəm ki, gözlənilən qələbə tez və az itki ilə olsun. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Xalqımız həmişəki kimi səfərbər olsun, ölkə rəhbəri Ali Baş Komandanın ətrafında sıx birləşsin”.
Elton Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Orduya göstərilən yardım fondundan kənarda qalması ilə bağlı yayılan ittihamlara da cavab verib:
"Ümumiyyətlə, bu barədə fikir bildirdmək, kimisə ittiham etmək cəmiyyəti çaş-baş salmaqdır. Bütün insanlar ömür boyu ölkə rəhbərinin ətrafına olub, onun siyasətinə xidmət edib, dövlət quruculuğunda iştirak ediblər. Onlar həyatı boyu mövqelərindən dönə bilməzlər. Onlar o siyasətin daima yanında olub, dəstək veriblər. Bu gün də harada olmaqlarından asılı olmayaraq, mövqeləri dövlət, dövlətçilik və İlham Əliyev siyasətinə xidmətdir. Bunu bilsinlər. Onların haqqında şayiə yayan insanlara səslənirəm: ayıbdır, bugünkü gündə insanları hansısa bir istiqamətə yönəltmək, caş-baş salmaq yanlış fikirdir”.
Milli Məclisin deputatı Fəzail Ağamalı həmin məsələyə münasibətində adı gedən şəxslərin ünvanına çox kəskin ifadələr işlədib. F. Ağamalı "Biz artıq bu kampaniyaya başlamışıq. Müdafiə Fonduna vəsaitimi keçirəcəm. İndi milyonları yığanlar harada qalıblar? Onlar bu gün Azərbaycan dövlətinin hesabına qazanmış olduqları milyonlardan, milyardlardan həmin Müdafiə Fonduna pul ayırmalıdırlar. Əgər ayırmasalar, onlar bu işdə də yardım etməsələr, onların bu vətəndə yaşamağa haqları yoxdur. Demək, bu vətənin ən çətin günlərində dövlətlə, xalqla bərabər deyillərsə, onlar ermənilərin yanındadırlar. Faktiki bu belə görünür”, - deyə bildirib.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Elton Məmmədov deyib. Sabiq deputat hər bir Azərbaycan vətəndaşı kimi böyük ümidlə qələbə xəbərini gözlədiyini bildirib:
"Cəbhədə vuruşan bütün vətəndaşlara can sağlığı arzulayıram. Arzu edərəm ki, gözlənilən qələbə tez və az itki ilə olsun. Şəhidlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Xalqımız həmişəki kimi səfərbər olsun, ölkə rəhbəri Ali Baş Komandanın ətrafında sıx birləşsin”.
Elton Məmmədov sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Orduya göstərilən yardım fondundan kənarda qalması ilə bağlı yayılan ittihamlara da cavab verib:
"Ümumiyyətlə, bu barədə fikir bildirdmək, kimisə ittiham etmək cəmiyyəti çaş-baş salmaqdır. Bütün insanlar ömür boyu ölkə rəhbərinin ətrafına olub, onun siyasətinə xidmət edib, dövlət quruculuğunda iştirak ediblər. Onlar həyatı boyu mövqelərindən dönə bilməzlər. Onlar o siyasətin daima yanında olub, dəstək veriblər. Bu gün də harada olmaqlarından asılı olmayaraq, mövqeləri dövlət, dövlətçilik və İlham Əliyev siyasətinə xidmətdir. Bunu bilsinlər. Onların haqqında şayiə yayan insanlara səslənirəm: ayıbdır, bugünkü gündə insanları hansısa bir istiqamətə yönəltmək, caş-baş salmaq yanlış fikirdir”.
Qeyd edək ki, mətbuatda sabiq Müdafiə naziri Səfər Əbiyev, keçmiş Nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının əvvəlki rəhbəri, hazırda Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyev və digərlərinin ordumuzun Yardım Fonduna vəsait köçürməmələri ilə bağlı məlumatlar dərc olunub.



