Qarabağlı müəllimlərə Ermənistanda iş veriləcəkmi? - Ekspert rəyi
Oktyabr 04
13:16
2023
"Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Ermənistandakı bütün məktəblərdə vakant yerlər haqqında məlumatı işlədikdən sonra Qarabağdan olan müəllimlərin işə götürülməsi məsələsi ilə məşğul olmağa başlayacaq”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a müsahibəsində nazirliyin ümumi təhsil şöbəsinin müdiri Tamara Sarkisyan məlumat verib.
Hazırda müxtəlif platformalarda Qarabağdan olan 1500 müəllimin işlə təmin olunması məsələsi müzakirə olunur. Agentlik müəllimləri [email protected] elektron poçtuna ixtisaslarını, müvəqqəti yaşayış yerini və telefon nömrəsini göstərməklə özləri haqqında tam məlumat göndərməyə çağırıb.
"Bu günə qədər Dağlıq Qarabağdan 203 müəllim öz məlumatlarını bizə təqdim edib”, - Sarkisyan qeyd edib.
Onun sözlərinə görə, məlumatların yekun təhlilindən sonra mütəxəssislərin təhsil sisteminə inteqrasiyası üçün əlavə proqramlar yaradılacaq.
Ermənistanın bütün məktəblərində tətbiq edilən yeni təhsil standartları, eləcə də müəllimlərin məcburi attestasiyası ilə bağlı Sarkisyan izah edib ki, öz ixtisaslarını təsdiq edə bilən mütəxəssislər tam uyğunlaşmaya qədər imtahandan azad olunacaqlar.
Təhsil eksperti Serob Xaçatryan da öz növbəsində qeyd edib ki, avqust ayında bir çox məktəblərdə vakant yerlərə müsabiqə elan edilib və kadrlar işə götürülüb ki, bu da Qarabağdan olan müəllimlərin işə götürülməsi məsələsini müəyyən qədər çətinləşdirir.
"Bunun fonunda hamı iş tapa bilməyəcək. Amma məktəb direktorları ilə bağlı problem daha kəskindir. Bu vəzifəni ancaq müsabiqə yolu ilə seçmənin nəticələrinə əsasən tutmaq olar və çoxlu müraciətlər var. Universitet müəllimləri ilə bağlı da məsələ qəlizdir, çünki hətta yerli mütəxəssislərin də saatları elə çox deyil”, - Xaçatryan bildirib.
Ekspert xəbərdarlıq edib ki, inteqrasiya mərhələsində də çətinliklər yarana bilər. Qarabağ və Ermənistanda məktəb proqramlarının sinxronlaşdırılmasına baxmayaraq, 2020-ci ildən sonra təhsil müəssisələri arasında əlaqə zəifləyib və bunun nəticələri mütləq özünü hiss etdirəcək.
"Əgər əvvəllər Milli Təhsil İnstitutu var idisə, onun "artsax” filialı vardı və vaxtaşırı yenidən hazırlıq aparılırdı, lakin 2020-ci ildən etibarən əlaqələrin intensivliyi itib", - ekspert deyib.
Saytın qeydinə görə, "Dağlıq Qarabağda” 108 ümumi təhsil müəssisəsi, 8 kollec və məktəb, 4 ali məktəb fəaliyyət göstərirdi. Bu qurumlarda çalışan insanlar indi iş axtarırlar.
Daha əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirmişdi ki, hazırda Ermənistanın regionlarında və İrəvanda məktəblərdə 1035 - Sünikdə - 7, Qeqarkunikdə - 22, Araratda - 132, Kotaykda - 60, Araqatsotnda - 48, Armavir - 258, Şirak - 26, Lori - 449, Tavuş - 11, Vayots Dzor - 6, İrəvan – 16 vakant yer var.