Qarabağla bağlı beynəlxalq koalisiya yaradılır
Dekabr 16
19:46
2015
Azərbaycan, Türkiyə və Gürcüstandan olan bir qrup Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə İşğala və Qondarma "Erməni soyqırımı” İddialarına qarşı Beynəlxalq Qarabağ Koalisiyanın (ad hələlik şərtidir, yekun variant təsisçilərin toplantısında müəyyən ediləcəkdir) yaradılması ilə bağlı qərar verilib. Bu barədə QAT-dan aldığımız məlumatda bildirilir ki, məsləhətləşmələr iki aydır davam edir.
Dekabrın 17-sində isə Koalisiyaya Azərbaycandan qoşulacaq QHT rəhbərlərinin toplantısı keçirilib.
Koalisiyaya Azərbaycandan Akif Nağı, İsmayıl Ağayev, Akif Kərimov, Mustafa Əliyev, Sultan Əzimzadə, Tənzilə Rüstəmxanlı, Mehdi Mehdiyev, Araz Aslanlı, Nəsimi Qarabağlı, Vüqar Qədirov, Emin Həsənli, Anar Xəlilov, Əkrəm Bəydəmirli, Faiq İsmayılov, Radə Abbas, Mətanət Əsgərqızı, Azər Həsrət, Mehriban Abdullayeva, Tahirə Məmmədova, Əkbər Qoşalı, Vüqar Zifəroğlu, Füruzə Əsədullayeva, Roza Əliqızı, Üzeyir Cəfərov, İradə Polad, Almaz Zeynalova, İradə Rzazadə, Əziz Ələkbərli, Kərim Kərimli, Naibə Behbudova, Türkiyədən Göksəl Gülbəy, Gürsel Özdemir, Bilal Dündar, Mehmet Öztürk, Ərhan Hacıqasımoğlu, Mühsün Ağçay, Uslan Vəziroğlu, İrfan Ermiş, Gürcüstandan Əli Babayev, Elbrus Məmmədov, Sabir Mehdiyev və digərləri qoşulur.
Ancaq tam siyahı hələ dəqiqləşdirilməyib. Koalisiyanın təsis toplantısının 2015-ci il dekabrın 29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Koalisiyanın yaradılmasında məqsəd Qarabağ həqiqətlərinin təbliği, qondarma "erməni soyqırımı” iddialarının ifşası, regiondakı münaqişələrin ədalətli həllinə ictimai dəstək verməkdən ibarətdir.



