SON XƏBƏR

Qarabağın futbolçusu müqavilə üçün Macarıstana yollandı

Yanvar 05
15:54 2023
"Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək. Sportlife.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.

Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.

Bildirilir ki, "Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən "Qarabağ”ın formasını geyinir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook