SON XƏBƏR

“Qarabağ”ın futbolçusu Azərbaycanın U-16 millisindən kənarda qaldı

İyun 18
23:41 2025
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə "Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

Qeyd edək ki, U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook