SON XƏBƏR

Qarabağın 1/8 finalda rəqibi "Bayer" olacaq

Fevral 23
15:53 2024
Bu gün UEFA Avropa Liqasının 1/8 finalının püşkatması keçirilib.

"AzPolitika.info” xəbər verir ki, "Qarabağ”-ın rəqibi Almaniyanın "Bayer”(Leverkuzen) klubu olub.

Bu komanda "Qarabağ”ın düşə biləcəyi rəqiblər arasında demək olar ki, ən güclüsü idi. Püşkatmada Qarabağın adı ən sonda çıxıb və komandamız digər qrupdan qalan yeganə rəqib - "Bayer”lə 1/8 finala düşüb.

Xatırladaq ki, "Qarabağ” qrup mərhələsində "Bayer”-lə eyni qrupda çıxış edib və hər iki oyunda məğlub olub. "Bayer” hazırda Almaniya çempionatının şəriksiz lideridir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook