Qarabağı Ermənistan ərazisi kimi göstərən qlobus məktəblərimizdə
Dekabr 09
12:07
2019
Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən Çin istehsalı qlobus məktəblərimizə necə yol tapıb? Bu suala Gömrük Komitəsi və Təhsil Nazirliyi cavab verməlidirlər...
"Facebook” sosial şəbəkə istifadəçisi Faiq Ömər Sofuoğlu maraqlı və maraqlı olduğu qədər də Azərbaycan adına biabırçı olan bir məlumat paylaşıb.
"Səhv etmirəmsə Çin istehsalı olan bu qlobusdakı təhrifləri şagirdlərim aşkar edib. Azərbaycanımızın canı olan Qarabağımız,Naxçıvanımız ermənistanın tərkibində təsvir edilib. Məqsəd bəllidir. Bəs görəsən hansı qara quvvədir bunları respublikamıza gətirən?”.
Bəs həmin qlobuslar ölkəmizə necə gəlib və kimlər tərəfindən gətirilib? Gömrükdə bir iynəni belə gözdən qaçırmayan Gömrük Komitəsinin işçiləri necə olub ki, bu böyük təxribatı gözdən qaçırıblar? Eyni zamnda Təhsil Nazirliyi bu qlobusların məktəblərdə tədris olunmasına necə imkan verib. Bu boyda təxribatı kimlər və necə həyata keçirə bilib. Bütün bu suallara Dövlət Gömrük Komitəsi və Təhsil Nazirliyi aydınlıq gətirməlidir. Həmçinin Gömrük Komitəsi bu qlobusların hansı şirkət vasitəsi ilə ölkəmizə gətirildiyinə aydınlıq gətirməlidir. Suallarımıza cavab gözləyirik...
"Facebook” sosial şəbəkə istifadəçisi Faiq Ömər Sofuoğlu maraqlı və maraqlı olduğu qədər də Azərbaycan adına biabırçı olan bir məlumat paylaşıb.
PİA.az xəbər verir ki, Faiq Ömər Sofuoğlu sözü keçən statusunda bildirir ki, məktəblərimizdə şagirdlərə Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən Çin istehsalı qlobusdan istifadə olunur və bu biabırçılığı uşaqlar aşkar ediblər. Maraqlıdır ki, sözü keçən qlobusu nə Təhsil Nazirliyinin əməkdaşları, nə müəllimlər aşkar etməyiblər. Məhz şagirdlər aşkar edibıər...
PİA.az Faiq Ömər Sofuoğlunun statusunu olduğu kimi təqdim edir: