SON XƏBƏR

Qarabağdan böyük köç: Yaşayış məntəqələri boşalır, sülhməramlılar İrəvana xəbərdarlıq edir

Oktyabr 15
13:52 2021
Qarabağdakı ermənilər bölgəni tərk etməkdə davam edir. 

Qaynarinfo.az "Hraparak”a istinadən xəbər verir ki, təkcə sentyabr ayı ərazində Xankəndi və ətraf rayonları 400-dən çox erməni ailəsi tərk edib. 

Səbəb kimi işsizlik, şəraitsizlik və evsizlik göstərilir. Qəzet yazır ki, acınacaqlı durumda olan ermənilər artıq Qarabağda yaşamağın əhəmiyyətsiz olduğunu düşünürlər. 

Ermənilərin Qarabağı tərk etməsi bölgədəki rus sülhməramlıları da narahat etməyə başlayıb. Onlar yerli separatçılarla danışıq apararaq, əhalinin sürətlə Qarabağı tərk etdiyini, belə davam edərsə, yaxın 4 ildə (səlahiyyət müddətləri başa çatdıqda) Qarabağın bir çox ərazilərində yaşayışın olmayacağını vurğulayıblar. Ruslar ermənilərə xəbərdarlıq edib ki, əgər belə davam etsə, Xankəndi və daha bir neçə şəhərdən başqa yerdə qalan boş ərazilərdən çəkiləcəklər.

"Hraparak” daha sonra yazır: "Rusiya hakimiyyəti və Qarabağda yerləşən sülhməramlıların komandanlığı bölgədən mühacirət edən ermənilərin həddindən artıq çox olmasından narahatdırlar. Baş verən köçün axını Qarabağın demoqrafik vəziyyətini dəyişəcəyinə əmin olduqlarını deyiblər. Bəyan ediblər ki, əgər köç nəticəsində kəndlər və ərazilər boşalacaqsa, həmin əraziləri qorumağa ehtiyac qalmayacaq. Və onlar həmin ərazilərdən çəkiləcəklər”.

Bundan başqa, o da məlum olub ki, Rusiya hökuməti Errmənistan rəhbərliyinə xəbərdarlıq edib. Həmin xəbərdarlıq Qarabağdan köçün qarşısının alınması ilə bağlı olub: "Kreml İrəvana xəbərdarlıq edib ki, köçün qarşısını almaq üçün tutarlı addımlar atsın. Bildirilib ki, 5 illik müddət başa çatdıqdan sonra Qarabağdakı ermənilərin sayının kəskin azalmasının gələcək proseslərə ciddi təsir edəcək. Lakin Ermənistan hökuməti bunun üçün hər hansı bir addım atmaq gücündə olmadığını bildirib”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook