SON XƏBƏR

Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başlayıb

Noyabr 14
01:43 2020
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı keçmiş separatçı rejimin başçısı Araik Arutunyan Rusiyanın sülhməramlı qüvvələrinin koordinasiyası ilə Qarabağdakı döyüş əməliyyatları zamanı ölənlərin cəsədlərinin mübadiləsinin başlandığını açıqlayıb.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

"Bu gün əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq, ölənlərin cəsədlərinin mübadiləsi prosesi başladı. Mübadilə Rusiya Federasiyasının sülhməramlı missiyasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”, - deyə A.Arutunyan "Facebook” hesabında yazıb. (oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook