Qarabağa dəstək aksiyaları dağıdılır, fəllar həbs edilir - İrandan repressiya xəbərləri gəlir
Oktyabr 21
14:19
2020
Təbriz və Cənubi Azərbaycanın digər şəhərlərində "Qarabağa dəstək" şüarları ilə keçirilən nümayişlər zamanı milli fəallar həbs edilib.
Meşkinşəhr və Parsabad şəhərlərindədə bir neçə aksiya iştirakçısı saxlanılıb. "Ərk" cəmiyyəti həmin fəalların mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldığını bildirib.
"Yağış" tələbə jurnalının redaktoru İbrahim Cənginin dətəhsil aldığı Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. O, digər fəallarla birlikdəəllərində Norduz sərhəd gömrüyünün qapadılmasını tələb edən məzmunu ilə pankartlar nümayiş etdiriblər.
Əldə edilən məlumata görə, milli fəalların "Qarabağa dəstək" mitinqinə çağırışdan sonra İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri bir çox fəala zəng edərək, onları həbs etməklə hədələyib, bir neçəsi isə Ettelaat İdarəsinə çağırılıb.
Aksiyalarda "Qarabağ bizimdir, bizim olacaq”, "Norduz Gərək bağlana”, ermənini himayət cinayətdir cinayət”, Azərbaycan milləti çəkəməz bu zilləti”, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlar səsləndirilib. (amerikaninsesi.org)