Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
Oktyabr 11
00:39
2024
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.
"Report" xəbər verir ki, bu barədə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
Bildirilir ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.
Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.
Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.