Qarabağ və ətraf rayonlarda dağıdılan məscidlərin sayı açıqlandı
Noyabr 11
10:47
2020
Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, bu məlumatlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində əldə edilib.
Layihənin ideya müəllifi, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov qeyd edib ki, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər dəyib.
F.İsmayılov daşınan abidələrə vurulan ziyanın milyardlarla ABŞ dolları həcmində olduğunu bildirir.
Layihə müəllifi ermənilər tərəfindən işğal olunan ərazilərdə erməni xaçdaşlarının yerləşdirilməsi, alban xaçdaşlarının mənimsənilməsi, erməni kilsələrinin inşası və alban memarlıq abidələrini dəyişdirib erməniləşdirilməsi nəticəsində Azərbaycan torpaqlarının öz adlarına çıxarıldığını da açıqlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, bu məlumatlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində əldə edilib.
Layihənin ideya müəllifi, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılov qeyd edib ki, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər dəyib.
Dövlət tərəfindən qeydə alınan 903 abidə arasında həm yerli və regional, həm də beynəlxalq əhəmiyyətli abidələr var. Həmçinin bu ərazidə 1647 dövlət qeydiyyatında olmayan abidələr yerləşir.