“Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək - Bu tarixdən

Aprel 17
00:55
2025
"Qarabağ” ev oyunlarının "Azərsun Arena”da keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Premyer Liqanın 2024/2025 mövsümünün son ev oyunlarını "Azərsun Arena”da qəbul etmək istədiyi bildirilib.
"Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL məsələni müsbət qarşılayıb.
Beləliklə, 32-ci turun "Sumqayıt”la mayın 4-də gerçəkləşəcək görüşündən etibarən "Qarabağ” ev oyunlarını "Azərsun Arena”da keçirəcək.