SON XƏBƏR

"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı - Mübarizə Avroliqada davam edəcək

Avqust 29
02:08 2024
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb. 55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu

28 avqust

Qarabağ (Azərbaycan) - Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Marko Pyaça, 33. Mateus Silva, 53.
Qırmızı vərəqə: Kevin Medina, 88 (Qarabağ).
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Dinamo: 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin.
Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.
Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə).
VAR: Stüart Attvell.
İlk oyun - 0:3.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook