"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
Fevral 25
07:17
2026
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
"Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.
Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.
İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.



