SON XƏBƏR

Qarabağ döyüşlərindən keçmiş polkovnik-leytenant vəfat etdi

Dekabr 20
14:11 2019
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Səlahəddin Rzayev vəfat edib.
 
Qlobal.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun hərbçi yoldaşları bildiriblər.

Məhrum doğulduğu Tərtərin Qaradağlı kəndində dəfn olunub.

Bu gün onun 3 mərasimidi...

Polkovnik-leytenant Səlahəddin Rzayev Qarabağ müharibəsinin od-alovundan keçmiş,Tərtərin müdafiəsində böyük şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmağa başladığı ağır dövrdə böyük zəhmət çəkmiş hərbçilərdən sayılır.

O, 1991-ci ilin oktyabrdan Orduda xidmətə başlayıb.

N saylı xüsusi təyinatlı hərbi hissədə Qarabağ müharibəsin ən qaynar döyüş bölgələrində olub.
Batalyonun qərargah rəisi, batalyon komandiri kimi Ağdam-Tərtər istiqamətində döyüşlərdə iştirak edib, Qazax istiqamətindəki döyüşlərdə fərqlənib.
Ali Hərbi Məktəbdə idman kafedrasının rəisi, Təlim-tədris mərkəzində müəllim kimi xidmətini davam etdirib.

Allah rəhmət eləsin!!!



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook