Qarabağ azərbaycanlılar üçün iqtisadiyyatdan da vacibdir
Oktyabr 16
19:42
2015
ABŞ-ın nüfuzlu beynəlxalq ictimai rəyin öyrənilməsi mərkəzi - "Arthur J. Finkelstein&Associates” Azərbaycan əhalisi arasında keçirilən sorğunun nəticələrini açıqlayıb.
Məlumata müvafiq olaraq sakinlərin 40%-i Qarabağın Ermənistan tərəfindən işğalını mühüm dövlət məsələsi adlandırıb. Və yalnız 7% azərbaycanlı mühüm məsələ olaraq ölkə iqtisadiyyatını hesab edib.
Məlumatda seçicilərin təxminən 80%-i hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələ olduğu deyilir. "Arthur J. Finkelstein&Associates” mərkəzinin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, rəyi soruşulan hər 5 seçicidən 1-i qeyd edib ki, Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır.
Respondentlərin 81,7%-i geopolitik məsələlərlə bağlı qeyd edib ki, Azərbaycan regionda "sabitlik adasıdır”, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71%-i Avropada baş verən hadisələri nəzərə alaraq ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və qadir olduğunu vurğulayıb.



