SON XƏBƏR

"Qarabağ" Azərbaycanın reytinqini artırdı

Dekabr 01
10:21 2023
Ötən gün avrokuboklarda keçirilən oyunlardan sonra UEFA reytinq siyahısını yeniləyib. 

Qaynarinfo xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına şərait yaradıb. 

"Qarabağ" ölkəmizə 0,250 əmsal qazandırıb. Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveçdə "Molde” klubu ilə heç-heçə (2:2) etməsi buna şərait yaradıb.

Beləliklə, cari mövsümdəki ümumi qazanc 3,625-ə yüksəlib.

Son 5 mövsümdəki ümumi xalı 17,875-ə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qaldı, 27-28-ci sıradakı Slovakiya ilə Bolqarıstanla aradakı xal fərqi (0,500) də dəyişməz qalıb. "Alt mərtəbədəki qonşu" Moldova isə fərqi bir qədər azaldıb - 13,125.

Ümumiyyətlə, baş tutan qarşılaşmalar yalnız Ukrayna ilə İsrailin yerdəyişməsinə səbəb olub. Ukraynalılar bir addım önə keçərək 17-ci pillədə qərarlaşıb.

UEFA reytinqinə 96,428 xalla İngiltərə başçılıq edir. İspaniya (84,239) ikinci, İtaliya (79.569) isə üçüncü pillədədi.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook