SON XƏBƏR

Qarabağ Azadlıq Təşkilatının sədri icra başçısından Ali Baş Komandana şikayət etdi

Noyabr 04
23:42 2019
Tərtərin İcra başçısı ilə bağlı prezidentə müraciət olundu

Qlobal.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı sosial şəbəkə vasitəsi ilə  Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qanunsuz hərəkətlərindən prezident İlham Əliyevə müraciət edib. 

Müraciətdə bildirilir ki, Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun fermerlərə, zəhmətkeş insanlara qarşı ədalətsiz, qərəzli mövqeyi ilə bağlı Sizə müraciət edirik. Sizin dəfələrlə bildirdiyiniz kimi bütün məmurlar, xüsusilə də cəbhə bölgəsində çalışan vəzifəli şəxslər xalqı incitməməli, ədalətsizlik etməməli, qanunlara əməl etməli, insanların normal işləməsi üçün şərait yaratmalıdırlar.

Çox təəssüf ki, Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, sabiq bələdiyyə sədri Nazir Qasımov onların əlaltıları Sizin tapşırıqlarınıza əməl etmir, əhaliyə zülm edirlər. Konkret olaraq M.Məmmədov Qarabağ Azadlıq Təşkilatının yerli şöbəsinin sədri, fermer Babək Sadıqovu istədikləri rüşvəti vermədiyinə görə incidir, gözümçıxdıya salır, qanuni torpaq sahəsini əlindən alır, təsərrüfatla məşğul olmasına imkan vermir. M.Məmmədov bu hərəkətlərilə kənd təsərrüfatının inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə mane olur, yüzlərlə insanı narazı salır, insanların işləyib, qurub yaratmasına, öz güzəranlarını təmin etmələrinə imkan vermir. M.Məmmədov özünü rayonun sahibi, ağası, kəndxudası kimi aparır, "hara şikayət edirsiniz edin” deyir, heç kəsdən qorxmadığını bildirir. Bu adamın kimə arxalandığını, nə üçün bu cür harınlıq etdiyini bilmirik. Bir şey aydındır ki, bu cür adamlar dövlətin təməlinə zərbə vurur, hakimiyyətin nüfuzuna xələl gətirir.
 
Xahiş edirik ki, bu harınlamış məmur barəsində ölçü götürülməsi üçün göstərişlərinizi verəsiniz.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook