Qaqar Dəmirçi yenidən məhkəmə qarşısında – Müəsissənin təsis sənədlərinə qarşı iddia
Dekabr 24
15:43
2024
"AGA Şirkətlər Qrupu" QSC və Qafar Aydın oğlu Dəmirçi barəsində qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq bu gün Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qafar Dəmirçi "AGA Şirkətlər Qrupu" QSC-nin vitse-prezidentidir. O, bu yaxınlarda Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilib. Daha sonra 8.3 milyon manat dəyərində dəymiş ziyanı ödədiyi üçün həbsdən azad olunub.
Qlobal. Az "Yeniavaz.com”-a istinadən xəbər verir ki, "AGA Şirkətlər Qrupu" və Qafar Dəmirçi barəsində məhkəmə iddiası Ulduz Mənsur qızı Məmmədova ilə Rəşad Nizami oğlu Sadıqov tərəfindən qaldırılıb.
Məhkəmə iddiasının müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələrlə bağlı olduğu bildirilir.