Qanunsuz parkinq bu quruma məxsus imiş
İyun 07
18:40
2022
Bakının Nəsimi rayonunda yaradılan qanunsuz parkinqin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.
Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
Qlobal.az