Qan azlığının olub-olmadığını smartfon müəyyənləşdirəcək VİDEO
Sentyabr 14
10:39
2016
Vaşinqton Universitetinin tədqiqatçıları qan azlığını ölçən mobil proqram hazırlayıblar.
Qan azlığı, başqa sözlə, anemiya toxumalara oksigeni daşıyan qırmızı qan hüceyrələrinin-hemoqlobinin normadan az olması deməkdir. Ümumdünya Səhiyyə
Təşkilatının məlumatına görə, dünya əhalisinin 25 faizi bu xəstəlikdən əziyyət çəkir.
«HemaApp» adlanan yeni mobil proqram smartfonların flash-indən yararlanmaqla, qanda hemoqlobinin azlığını müəyyənləşdirir. Bundan ötrü xəstə barmağını smartfonun kamerasına sıxmalıdır. Proqram insanın qanının rəngini yoxlayıb, qırmızı qan hüceyrələrinin normadan az olub-olmadığına qərar verir.
Proqramı hazırlayan tədqiqatçılar onun LED işıqlı mühitdə daha dəqiq çalışdığını iddia edirlər.
Proqram xəstədə qan azlığını ortaya çıxarandan sonra qan analizinə ehtiyac var. Bu halda, gərək qalmazsa, xəstədən qan alınmayacaq.
Yeni proqram sentyabrın 15-də Almaniyada «UbiComp2016» kompüter texnologiyaları konfransında geniş təqdim olunacaq.
(Azadlıq.info)
Qlobal.az