SON XƏBƏR

Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – VİDEO

Yanvar 09
10:55 2025
Bakının məşhur və ilk restoranlarından biri olan "Şuşa” restoranı sökülüb. Nərimanov rayonu, Təbriz küçəsində yerləşən restoranın söküntüsünə bu gün başlanılıb. Restoran tam olaraq sökülüb. Bu barədə məlumatı restoranın sahibi Elxan Qasımovun qızı verib. Onun sözlərinə görə restoran qanunsuz və onların xəbəri olmadan sökülüb. Söküntü işləri aparılan zaman tərəflər arasında mübahisə də yaşanıb. Söküntünü aparan şəxlər mülk sahiblərinin çəkiliş aparmasına mane olmağa çalışıblar. O, restoranın ADA universitetinin prorektoru Şahmar İbadov tərəfindən söküldüyünü iddia edib.

Bəs kimdir bu Şahmar İbadov? Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan "Ariva” hotelin, Nərimanov rayonunda "Çanaqqala”, "Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. 
 


Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi "Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.

Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə "qızıl” hərflərlə "imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook