SON XƏBƏR

Qalmaqallı məmur vəzifəsindən azad edildi

Oktyabr 06
18:53 2023
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.

Qlobal.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Daha bir əmrlə M.Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.

Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, bu yaxınlarda nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Mehriban Vəliyeva müvafiq əmrlə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
 
Qeyd edək ki, Mehriban Vəliyeva mətbuatda barəsində ən çox neqativ yazılar dərc edilən məmurlardan olub. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook