Qalmaqallı direktor nazirliyi və təhsil idarəsini məhkəməyə verib
İyun 02
15:44
2023
Elm və Təhsil Nazirliyi ilə Bakı Şəhər Təhsil İdarəsi məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Novruzova Bəyaz Məhərrəm qızıdır. Onun tələbi əmək haqqı və işə bərpa ilə bağlıdır.
Birinci instansiya məhkəməsi Bəyaz Novruzovanın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Bəyaz Novruzovanın şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovanın icraatındadır.
Bəyaz Novruzovanın adı media nümayəndlərinə hələ 2018-ci ildən tanışdır. Həm vaxt 179 saylı orta məktəbin direktoru işləyən Bəyaz Novruzova "Jurnalist kimdir ki, ona cavab verim?” fikri ilə gündəmə gəlmişdi.
Bəyaz Novruzova Sumqayıtda fəaliyyət göstərən 34 saylı məktəbin də direktoru olub. Mediada onun bu məktəbdə direktor kimi fəaliyyətinin narazılıqla qarşılandığı barədə məlumatlar dərc olunub.
O, daha sonra Bakıda fəaliyyət göstərən 205 saylı məktəbin direktoru olub. Bu məktəbdə çalışan zaman isə adı rüşvət qalmaqalında hallanıb. Bu barədə də mediada yazılıb.
Bəyaz Novruzovanın sonuncu iş yeri 179 saylı orta məktəb olub. O iddiasında işə bərpa olunmasını tələb edirsə, deməli, vəzifəsindən çıxarılıb. Lakin bu barədə rəsmi məlumata rast gəlinmir.

Digər tərəfdən Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında 179 saylı orta məktəblə bağlı yerləşdirilən məlumatda direktor kimi Bəyaz Novruzovanın adı qeyd edilib.
Qlobal.Az