SON XƏBƏR

Qafar Əliyev vəzifəsindən azad olundu

Fevral 06
13:11 2026
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Q.Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Məlumatı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təsdiqləyib.

Qeyd edək ki, Qafar Əliyev uzun müddət Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri olub.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook