Qafandan Xocavəndə: Ermənistan Qarabağa üçüncü yolu çəkir
İyul 26
10:22
2019
Ermənistan Qarabağa üçüncü yolun çəkilişinə hazırlaşır.
Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, hökumət yolun çəkilişi haqda qərarı artıq qəbul edib və müvafiq maliyyə tapıb. Hərçənd Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi bildirir ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir, əlavə detalllar barədə açıqlama verə bilməzlər.
Bu baxımdan Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir. Belə görünür ki, Yerevanda "bir qarış da torpaq qaytarmamaq” prinsipindən geri çəkilmirlər və danışıqlar ancaq formal əhəmiyyət daşıyır, vaxt udmağa xidmət edir.
Rəsmi Bakı Ermənistanın bu nümayişkarənə, təcavüzkar addımına kəskin reaksiya verməli, hətta beynəlxalq vasitəçilər üzərindən xəbərdarlıq etməlidir ki, Arazboyu ərazilərin məskunlaşdırılmasına, ora yeni yolun çəkilməsinə çox sərt cavab veriləcək. Azərbaycanın tamamilə haqqı və ixtiyarı var ki, bu yol çəkilişinə hərbi vasitələrlə qarşı çıxsın.
Virtualaz.org





