Qaçırılan Misir təyyarəsi Kipr aeroportuna enib
Mart 29
10:16
2016
Naməlum şəxslər tərəfindən qaçırılan Misirin "Egypt Air” aviakompaniyasına məxsus A-320 təyyarəsi Kiprin Larnaki aeroportuna enib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, "Egypt Air” aviakompaniyası MS181 reysi ilə uçan təyyarənin qaçırılması faktını təsdiqləyib.
İsgəndəriyyə - Qahirə marşrutu ilə uçan təyyarənin göyərtəsində 51 sərnişinin və 7 ekipaj üzvünün olduğu bildirilir.
Qlobal.az



