SON XƏBƏR

“Putinin xəstəliyini elan edib, hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşırlar” – Piontkovski

Sentyabr 22
10:36 2022
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin «tərəfdarları» onun hakimiyyətdən kənarlaşdırılması üzrə plan hazırlayırlar. Kremldə guya onun xəstə olduğunu elan etmək niyyətindədirlər.

Bu barədə rusiyalı publisist Andrey Piontkovski danışıb («UNİAN»).

«Rusiyanın yuxarı dairələri Putinin xəstəliyinin elan olunmasını və onun səlahiyyətlərinin kollektiv orqana - Təhlükəsizlik Şurasına verilməsini aktiv müzakirə edir. Bu ideyanın təşəbbüskarı Yuri Valentinoviç Kovalçukdur. O, Putinin ən yaxın adamlarından biri hesab olunur. Kovalçuk bütün nəhəng maliyyə imperiyasının meneceridir və eyni vaxtda Putinin xarici siyasi məsələlər üzrə «müəllimi»dir. O, klassik ultrafaşistdir, qəti imperiya baxışları ilə seçilir, Ukrayna ilə və Qərblə müharibənin, SSRİ-nin dirçəliş revanşının ideoloqudur. Məhz o, Putini Ukrayna və NATO ilə müharibəyə itələyib» - xəbərdə deyilir.

AzPolitika.info


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook