Putinin Qarabağ açıqlaması Paşinyanı sevindiribmiş: “Zəmanət almışıq...”
Oktyabr 08
14:05
2020
İrəvan Rusiyanın Qarabağ münaqişəsinə qarışmayacağına dair Rusiyadan zəmanət alıb.
Qaynarinfo xəbər verir ki, bu sözləri RBK ilə müsahibəsində işğalıçı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Rusiya Ermənistanın strateji müttəfiqidir və təhlükəsizlik sahəsi ilə bağlı konkret razılaşmalarımız var. Məsələn, ortaq bir hava müdafiəmiz var”, - Paşinyan bildirib. Paşinyan Ermənistan ərazisi üçün bir təhlükə olduğu təqdirdə iki ölkənin ortaq qüvvələrinin birgə iştirak edəcəyini deyib.
Baş nazir 7 oktyabrda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının əsas mövzularını da açıqlayıb. Onun sözlərinə görə, Putin də "Azərbaycan tərəfində terrorçuların olması"ndan narahatlığını bildirib. Paşinyan yenə öz apmluasına sadiq qalaraq deyib: "Bu artıq təkcə Qarabağın problemi deyil, həm Rusiya, həm də İranın təhlükəsizliyi məsələsidir".