"Putinin "G-20"liyin sammitində iştirakı epidemioloji vəziyyətdən asılı olacaq" - Rusiya XİN
İyul 06
17:39
2022
Rusiya Prezidenti Vladimir Putin "G-20"liyin noyabr ayında keçiriləcək Zirvə toplantısına rəsmi şəkildə dəvət olunub.
Qeyd olunub ki, dəvətnamə İndoneziya Prezidenti Coko Vidodo tərəfindən gəlib.
Bildirilib ki, Rusiya Prezidentinin iştirakı ilə bağlı İndoneziya tərəfi məlumatlandırılıb: "Tədbirdə iştirak dünyada hadisələrin inkişafından və Cənub-Şərqi Asiyada sanitar-epidemioloji şəraitdən asılı olacaq”.



