SON XƏBƏR

Putini “asdılar”- VİDEO

Mart 06
19:51 2016
Rusiyanın Kiyevdəki səfirliyi martın 5-dən 6-na keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb.
 
Kiyev Şəhər Baş Milli Polis İdarəsinin yaydığı açıqlamada bildirilir ki, əllərində məşəl olan 10-dək şəxs dipmissiyanın binası yaxınlığına gələrək ətrafda park edilmiş, səfirliyə məxsus avtomobillərə zərbələr endirməyə başlayıb. Nəticədə üç avtomobilə ziyan dəyib, şüşələri və güzgüləri sındırılıb. Hadisə yerindən çəkic götürülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
 
"YouTube” sosial şəbəkəsində yayılmış videodan aydın olur ki, səfirliyə hücum edənlər Ukrayna Hərbi Hava Qüvvələrinin zabiti, hazırda Rusiyada həbsdə olan Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər.
 
Artıq Rusiyanın Kiyevdəki səfirliyi baş verənlərlə bağlı Ukrayna Xarici İçlər Nazirliyinə etiraz notası verib.
 
Rusiya səfirliyinin qarşısında martın 6-da da etiraz aksiyası keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib.
 
Onlar Rusiya əleyhinə şüarlar səsləndirib, səfirliyin darvazasından Putinin müqəvvasını asıblar.
 
Bundan başqa daha bir qrup şəxs səfirliyi yumurta atəşinə tutub. Səfirliyin mətbuat katibi Oleq Qrişin TASS agentliyinə deyib ki, binaya yumurta ilə yanaşı daşlar da atılıb. Nəticədə pəncərələrin şüşələri və kameralar sınıb.
 
Məlumata görə, nümayişçilərdən biri səfirliyin ərazisinə daxil olmağa cəhd edib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook