Putindən yeni qanun: Taksi xidmətləri FSB-yə məlumat ötürəcək
Dekabr 30
10:58
2022
Rusiya prezidenti Vladimir Putin taksi xidmətlərinə müştərilər haqqında məlumat toplamaq, onları ən azı altı ay saxlamaq və Federal Təhlükəsizlik Xidmətinə girişi təmin etmək öhdəliyi qoyan qanun imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hüquqi məlumatların rəsmi internet portalında məlumat dərc edilib.
Qanunda hansı məlumatlardan söhbət getdiyi qeyd olunmur. Bununla belə, taksi sifariş etməyə imkan verən proqramlar üçün qeydiyyatdan keçərkən adətən adınızı, soyadınızı, e-poçt ünvanınızı və telefon nömrənizi daxil etməlisiniz.
O, həmçinin səfərlər haqqında bütün məlumatları ehtiva edir. İndi təhlükəsizlik qüvvələri onu sorğu və məhkəmə qərarı olmadan ala biləcəklər: onlar bütün sistemlərə və xidmətlərin məlumat bazalarına "avtomatlaşdırılmış uzaqdan giriş” əldə edəcəklər. Bunun üçün üç regional reyestr yaradılacaq: sifariş xidmətləri, daşıyıcılar və sərnişin taksi parkı.
Dəyişikliklər 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Qlobal.az