Putin “yeni SSRİ” yarada biləcəkmi? - TƏHLİL
May 05
16:39
2020
Rusiya prezidenti Vladimir Putin periodik olaraq keçmiş Sovet İttifaqının süqutu barədə təəssüf və niskil dolu açıqlamalar verir. Modern.az xəbər verir ki, onun bu barədə sonuncu açıqlaması aprelin 19-da "Rossiya 1” federal telekanalında olmuşdu.
"SSRİ-nin yenidən bərpası qorxusu postsovet məkanında tədricən aradan qaldırılır. Təəssüf ki, inteqrasiya istənilən qədər irəli getməyib, halbuki, bu, mümkündür. SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”-deyə o söyləmişdi.
Putin postsovet respublikalarını rus dilinin birləşdirdiyini, vahid nəqliyyat və energetika infrastrukturuna malik olduğunu əlavə etmişdi. Rusiya lideri MDB ölkələrinin birliyini rəqabətdən qorxan Qərbin istəmədiyini əlavə etmişdi.
Korionavirus pandemiyasının geniş yayıldığı, iqtisadiyyatın ağır duruma düşdüyü şəraitdə Vladimir Putinin SSRİ-nin bərpası barədə belə açıq danışması təccüblü olsa da, ilk deyildi.
Hələ 2010-2011-ci illərdə Putin baş nazir statusunda olarkən SSRİ ilə bağlı açıqlamalar vermişdi.
"SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, onun bərpasını istəyənlərin isə başı”, yaxud "SSRİ-nin süqutu XX əstin ən böyük geosiyasi faciəsi idi” kimi açıqlamalar "qırmızı imperiya”nın bərpası ideyasının xeyli əvvəldən Putinin fikrində olduğunu göstərir.
Böyük Britaniya ordusunun keçmiş generalı, Mayk Cekson Rusiya liderinin planlarının məhz SSRİ-nin bərpası olduğunu söyləyib.
"Həmişə deyirəm ki, Putin XX əsrin ən böyük faciəsi kimi nə Birinci və ya İkinci Dünya Müharibəsini, nə də Xolokstu və böyük iqtisadi böhranı deyil, məhz SSRİ-nin süqutunu hesab edir. Putin müasir Rusiyanı SSRİ-nin varisi görür və onu keçmiş sərhədlərinə qaytarmağa çalışır”.
Gürcüstanın sabiq prezidenti və Putinin şəxsi düşməni sayılan Mixail Saakaşvili isə SSRİ-nin konkret bərpa olacağı tarixi də göstərmişdi.
"Putin qərara alıb ki, 2024-cü ilə, yəni növbəti seçkilərə qədər Sovet İttifaqını bərpa etsin və bu məqsədlə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu, Ukraynanın qərbi istisna olmaqla əsas hissəsini özünə birləşdirsin. Onun planı belədir”.
Amma Putin SSRİ-nin bərpası ideysını açıq şəkildə deyil, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi çərçivəsində sıx inteqrasiya prosesləri ilə həyata keçirmək istəyir. İstənilən halda, Rusiyadan başqa, Qazaxıstan, Ermənistan, Belarus və Qırğızıstanın daxil olduğu bu birliklər SSRİ-nin qat-qat zəif surroqatını yaradır. Hətta bu birlik daxilində də ciddi fakir ayrılıqları mövcuddur.
Belarus prezidenti Aleksnadnr Lukaşenko Rusiya ilə müttəfiq dövlət planını məhz 2020-ci ildə qəbul etmədi.
"Mən müstəqil Belarus Respublikasının sonuncu prezidenti olmaq istəmirəm”-deməklə o, Putinin SSRİ-nin bərpası yolunda ilk addımını geri çevirdi.
Rusiya ilə çox sıx iqtisadi, siyasi, mədəni və tarixi əlaqələrə malik Belarusun Kremlin təsir orbitindən çıxması fonunda digər ölkələrin ümumiyyətlə, müstəqilliklərindən vaz keçməsi mümkün görünmür. Əhalinin 2%-ni rusların təşkil etdiyi, Moskva ilə müttəfiq olmağa məhkum Qazaxıstanın latın qrafikalı əlifbaya keçməsi əslində onun Rusiyanın təsirini azaltmaq üçün atdığı addım sayılmalıdır. Digər tərəfdən, Avrasiya Birliyinin üzvləri vahid valyuta, məhkəmə sistemi və s. yaradılmasına müqavimət göstərirlər.
Buna rəğmən, Ermənistan istisna olmaqla, digər 3 üzv ölkədə rus dili dövlət statusuna malikdir. Amma Putin yaxşı anlayır ki, təkcə mədəni-hunanitar yolla inteqrasiya prosesini aparmaq mümkün deyil. Digər tərəfdən, 2008-ci ilin avqustunda Gürcüstana və 2014-cü ildə Ukraynaya hərbi müdaxilə bu ölklərlə münasibətlərin pozulmasına səbəb olub və onların Rusiyanın başçılıq etdiyi hər hansı birliyə üzv olmasını mümkünsüz edib.
Moskvanın menyusunda keçmiş sovet respublikalarına iqtisadi və siyasi dividendlər vəd edən heç nə yoxdur. Qərbin iqtisadi sanksiyalarından əziyyət çəkən Kreml müstəqil dövlət rəhbərlərinin regional elitaya çevrilməsi üçün heç bir maraqlı yəklif verə bilməz. Əksinə, sosial durumun pisləşdiyi, ərzağın bahalaşdığı, əmək haqlarının aşağı olduğu Rusiyada zəngin elitaya və oliqarx sisteminə qarşı narazılıq var.
Bu fonda Gürcüstan, Ukrayna, Azərbaycan, Ermənistan, Moldova kimi ərazi münaqişlərindən əziyyət çəkən ölkələrin vahid dövlət tərkibində birləşməsi real görünmür. Moskvanın bu ölkələrin münaqişəsini həll etmək, onlara maddi yardım göstərmək imkanı da yox səviyyəsindədir. Rusiyanın öz daxilində Tatarıstanla səlahiyyət münaqişəsi, Çeçenistanla isə zaman-zaman üzə çıxan gərginlik özünü biruzə verir.
Bütün bu faktorlar Vladimir Putinin "yeni SSRİ” yaratma istəklərinin geosiyasi reallıqla və iqtisadi imkanları ilə uzlaşmadığını və mümkünsüzlüyünü göstərir.