Putin yeni fərman imzalayıb – Bu ölkələrin aktivlərinə “əl qoyur”

Aprel 26
18:46
2023
Rusiya Prezidenti Vladimir Putin qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsi ilə bağlı fərman imzalayıb.
Fərman başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verir. Fərmanda qeyd olunur ki, sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.
Artıq Almaniyanın "Uniper” və Finlandiyanın "Fortum” şirkətlərinə Rusiyadakı aktivlərinin idarə edilməsi üçün qəyyum təyin edildiyi bildirilib.