SON XƏBƏR

“Putin və Zelenski razılaşmaya hazırdır”- Tramp açıqladı

Aprel 04
10:41 2025
Həm Vladimir Putin, həm də Volodimir Zelenski Ukrayna ilə bağlı razılaşmaya hazırdır.

"AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Mayamiyə gedərkən təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Tramp Ukrayna Prezidentini nəzərdə tutaraq, "O, razılaşmaya hazırdır", - deyə qeyd edib.

"Və düşünürəm ki, Prezident Putin də razılığa gəlməyə hazırdır. Avropa Prezident Putinlə qarşılıqlı münasibətlərdə uğur əldə edə bilməyib. Bununla belə, mən buna nail olacağımı düşünürəm", - Tramp Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook