Putin və Ərdoğan İlham Əliyevə zəng edib
Dekabr 24
14:40
2019
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və Azərbaycan dövlətinin inkişafı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları yüksək səviyyədə mütəmadi olaraq keçirilən görüşləri və bu günlərdə Sankt-Peterburq şəhərindəki təmasları məmnunluqla xatırlayaraq strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Prezident İlham Əliyev və Prezident Vladimir Putin ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələrin önəminə toxunaraq, bu gün Samur çayı üzərində yeni avtomobil körpüsünün açılışının genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi işinə böyük töhfə verəcəyini qeyd ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevə zəng edib.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev iki ölkənin dövlət başçıları arasında keçirilən görüşlərin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd ediblər. Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Həmçinin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də İlham Əliyevə zəng edib.