SON XƏBƏR

Putin Ukraynadan borcunu istəyir

Oktyabr 14
11:57 2015
Prezident Vladimir Putin Beynəlxalq Valyuta Fondunu (BVF) çağırır ki, Ukraynaya əlavə olaraq 3 milyard dollar ayırsın və Kiyev də Rusiyaya borcunu ödəsin.


"Bu, daha sadə yoldur, hamı xoşbəxt olardı,” Putin oktyabrın 13-də deyib.



Rusiya BVF-nin Ukraynaya 17.5 milyard dollarlıq yardım planını əngəlləyir, bu da Kiyevin borclarını ödəməsinə mane olur.


Moskva təkid edir ki, 3 milyardlıq borcu dekabradək ödənsin. Ukrayna bu borcu keçmiş prezident, Rusiyanın dəstəklədiyi Viktor Yanukovych-in dövründə götürüb. Yanukovych ötən ilin fevralında devrilib.


BVF-nin yardımı Ukraynanın qərbyönümlü hökumətinə iqtisadiyyatı ayaqda saxlamaq üçün vacibdir. Putin isə xəbərdarlıq edib ki, BVF qaydaları pozmasın. Moskva BVF-nin üzvüdür və Ukraynaya yardımın bir hissəsini verir.
 
("Azadlıq" radiosu).





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook