“Putin tüpürdüyünü yalayır”
Yanvar 17
18:16
2016
Rusiya hökuməti bəzi türk şirkətlərinin müəyyən şərtlərlə sanksiyalardan azad olunması istiqamətində işlərə başlayıb
Ruslar da tətili Türkiyədə keçirməyin yolunu axtarır.
Türkiyə mətbuatı təyyarə böhranı sonrası turizmdən əkinçiliyə, inşaatdan tekstilə qədər bir çox sahələrdə iqtisadi sanksiyalara imza atan Rusiya geri addım atır. Rusiya Türkiyənin təqdim etdiyi xidmətləri başqa vasitələrlə qarşılaya bilmədiyini görüb şirkətlərin "Rusiya ilə iş qura bilmək" statusunu tanımağa hazır olduğunu bəyan edib. Rusiya Turizm Agentlikləri Birliyi də "Rus vətəndaşları Türkiyədən imtina etmir" açıqlamasını verib. Türkiyə ilə mövcud iqtisadi bağların qırılmasının Rusiyaya əlavə xərc gətirəcəyini hesablayan İqtisadi İnkişaf Nazirliyi hökumətə Türkiyə ilə əlaqələri yenidən bərpa etmək üçün "Müstəsna hallar" layihəsi hazırlayaraq təqdim edib.
Türkiyədən idxal olunacaq mal və xidmətin çeşidini isə Rusiya İqtisadi İnkişaf Nazirliyi nəzdində digər nazirliklərlə birlikdə yaradılmış xüsusi komissiya müəyyən edəcək. Rusiya Turizm Agentlikləri Birliyi də verdiyi açıqlamada ölkə vətəndaşlarının istirahət etmək üçün ən çox Türkiyəyə üstünlük verdiklərini rəsmən etiraf edib. Açıqlamada bildirilir ki, tur satışı qadağalarına və Rusiya Xarici İşlər Nazirliyinin Türkiyəyə getməmək barədə tövsiyəsinə baxmayaraq, bu ölkənin vətəndaşları tətillərini təkbaşına təşkil etməyin yollarını axtarıblar. İnternetdəki sosial şəbəkələrdə "Türkiyədə tətil etmənin ən sərfəli və ən ucuz yolu” başlıqlı yazıların sayı sürətlə artır. Ən məşhur təklif isə internetdən otel xidmətlərini etmək və Türk Hava Yolları ilə uçmaq hesab olunur. Rusiya hökümətinin bu addımı Türkiyə mediasında "prezident Vladimir Putinin tüpürdüyü yalaması” kimi şərh edilir.



