SON XƏBƏR

Putin Suriyadan qoşunları çıxarır

Mart 14
23:17 2016
Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Bu barədə İntefaks agentliyi məlumat yayıb. Putin müdafiə və xarici işlər nazirləri ilə görüşdə bildirib ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan məqsəd yerinə yetirilib. Ona görə də, artıq Rusiya hərbi birləşmələrinin Suriyadan çıxarılmasına başlamaq olar.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putin Bəşər Əsədlə telefonla danışıb. Kreml rəhbəri Əsədlə Rusiya hərbi qüvvələrinin yerdəyişməsi ilə bağlı qərarı razılaşdırıb.
 
azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook