Putin Rusiyaya sanksiyalar tətbiq edən ölkələrin siyahısını hazırlamağı tapşırıb
Mart 06
05:28
2022
Rusiya Prezidenti Vladimir Putin hökumətə iki gün ərzində Rusiyaya, onun şirkətlərinə, təşkilatlarına və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını tərtib etməyi tapşırıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının fərmanında deyilir.
"Rusiya Federasiyası hökuməti iki gün müddətində Rusiya Federasiyasına, Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin”, - məlumatda vurğulanır.



