SON XƏBƏR

Putin Kemerovoda baş verən yanğının səbəbinin səhlənkarlıq olduğunu açıqlayıb

Mart 27
10:50 2018
Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilmiş iclasda yanğının səbəbləri sırasında səhlənkarlıq və diqqətsizliyin olduğunu deyib.
 
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə hadisənin detallı araşdırılmasına dair təlimat verib.
 
"Nə baş verir? İnsanlar, uşaqlar bura istirahətə gəlmişdi. Biz demoqrafiyadan danışırıq və bu qədər də adam itiririk, nəyə görə? Laqeydlik və səhlənkarlıq səbəbindən”, - deyə Putin bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook