SON XƏBƏR

Putin İrana səfər edəcək

Noyabr 21
12:50 2015
Rusiya prezidenti Vladimir Putin İranda keçiriləcək təbii qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Tehrana səfər edəcək.
 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində V.Putin İranın ali rəhbəri, ayətullah Seyid Əli Xameneyi və ölkə prezidenti Həsən Ruhani ilə görüşəcək. Qeyd edək ki, forum noyabrın 23-də keçiriləcək. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook