Putin iki generalı həbs etdirdi
Aprel 04
14:01
2020
Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin generalları Aleksandr Krakovski, Aleksandr Biryukov və xüsusilə mühüm işlər üzrə müstəntiq Aleksandır Bryantsev barəsində paytaxtın Basmannı Rayon Məhkəməsi üç aylıq həbs qərarı verib. Hər üç Aleksandr iyunun 1-dək təcridxanada qalmalı olacaqlar.
2019-cu ilin iyul - avqust aylarında indi həbs edilən generallar əlbir olaraq Daxili İşlər Nazirliyinin kollegiyasının rəhbəri, nazir müavini Aleksandr Romanova sənəd ünvalayıblar. Sənəddə Xudoyana qarşı cinayət işinin qanunsuz başladığı barədə yalan məlumatlar veriblər. Bundan sonra istintaqın Moskva Şəhər Polisinin Baş İstintaq İdarəsindən alınmasına və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsinə nail olublar.
Vəkillər iddia ediblər ki, istintaq həbs qərarı ilə i generallara psixoloji təzyiq göstərmək niyyətindədir.
Rusiya KİV-ləri yazır ki, generalların həbsi barədə qərarı Rusiya İstintaq Komitəsinin rəhbəri, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı Aleksandr Bastrıkin şəxsən verib. (musavat.com)
Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin generalları erməni iş asdamı Albert Xudoyanın qalmaqallı işinin istintaqına nəzarət edirdilər.
İttihama görə, generallar aerovağzalın yerində yaşayış binası tikdiyi üçün həbs edilən erməni iş adamının istintaq təcridxanasından azad etməkdə və əmlakı üzərindəki həbs qərarının ləğvində suçlanırlar. Bu məqsədlə onlar Albert Xudoyanın işinin paytaxt polisindən DİN-in İstintaq İdarəsinə təhvil verilməsini təşkil ediblər. "Optima Development” kompaniyasının sahibi olan Albert Xudoyan paytaxtın Leninqradski prospektində 10 milyon dollar məbləğində torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə tutulub. Onun şirkəti elit "Prime Park” yaşayış kompleksi inşa edirdi.
Müstəntiq Aleksandr Bryantsev dərhal həbsi qərarını ləğv edib və 2019-cu ilin noyabrında Xudoyanı ibtidai istintaq təcridxanasından azad edilib.
İstintaqa görə, onlar Xudoyanın ittiham olunduğu maddəni də dəyişməklə daha yüngül cəza almasına çalışıblar.
Lakin istintaq generalların rüşvət alması faktını sübut edə bilməyib. Bu səbəbdən Federal Təhlükəsizlik Xidmətinin həbs etdiyi poqonlular vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi).
Karantinlə əlaqədar, proses iştirakçılarından başqa heç kim məhkəmə binasına buraxılmayıb. Bryantsev və Krakovskinin üzündə tibbi maskalar olub.
Generalların vəkilləri istintaqın vəsatətini rədd etməsini və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzedilməsini istəyiblər.
Rusiya KİV-ləri yazır ki, generalların həbsi barədə qərarı Rusiya İstintaq Komitəsinin rəhbəri, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı Aleksandr Bastrıkin şəxsən verib. (musavat.com)