“Putin bu gün yeni səfərbərlik dalğası elan edə bilər” - Müharibənin Tədqiqi İnstitutu
Yanvar 18
12:27
2023
"Rusiya prezidenti Vladimir Putin bu gün, yanvarın 18-də yeni səfərbərlik dalğası elan edə bilər”.
Bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) bildirib.
Həmçinin qeyd edilir ki, Putin Ukraynaya rəsmən müharibə də elan edə bilər. Bugünkü tarix onun üçün simvolikdir.
"Putin ordusunu genişləndirmək üçün yaxın günlərdə səfərbərliyin ikinci dalğasını elan edə bilər. Ola bilsin ki, bu bəyanat elə yanvarın 18-də verilsin. Kremlin sözçüsü Dmitri Peskov yanvarın 17-də elan edib ki, Putin yanvarın 18-də Sankt-Peterburqda nitqlə çıxış edəcək. Putin doğma şəhəri Leninqradın faşist blokadasından çıxarılmasının 80-ci ildönümündə Putin xalqa müraciət edəcək. O, xalqa müraciəti zamanı simvolik tarixlərdən istifadə etməyi xoşlayır. Bəzi rusiyalı müharibə tərəfdarı olan bloqerlərin sözlərinə görə, Putin bu fürsətdən istifadə edərək səfərbərlik haqqında bildirə bilər. Və ya Ukraynaya qarşı müharibə elan edə bilər”, - deyə ISW-dən qeyd edilib.
Mənbə: UNİAN