SON XƏBƏR

Putin: “Belarusa kömək üçün ehtiyat qüvvələr hazırlamışıq”

Avqust 27
15:56 2020
"Rusiya 1" kanalı prezident Vladimir Putinin teleaparıcı Sergey Brilevə verdiyi müsahibənin bir hissəsini efirə verib. 

Qaynarinfo xəbər verir ki, Putin Belarus haqda xeyli fikirlər səsləndirib. O vurğulayıb ki, etiraz aksiyaları ilə bağlı vəziyyətə görə Belarusa yardım göstərmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat qüvvəsi yaradılıb.

Lakin Rusiya təhlükəsizlik qüvvələrindən "ekstremist ünsürlər" müəyyən sərhədləri keçməyincə, xüsusən küçələrdə qarət, avtomobillərə, banklara atəş açmağa və inzibati binaları ələ keçirməyə başlamayanadək istifadə olunmayacaq. KTMT müqaviləsində Moskvanın Minsk qarşısında öhdəliklərindən bəhs edən müvafiq maddələr var. "Rusiya öz öhdəliklərini yerinə yetirəcək", - Putin ondan kömək istən Lukaşenkoya bildirib.

Putin əlavə edib ki, Rusiya Belarus böhranında ABŞ və Avropadan daha təmkinli davranır.

Putin, həmçinin, Belarus təhlükəsizlik qüvvələrinin etiraz aksiyaları zamanı kifayət qədər təmkinli davrandıqlarını bildirib. Ancaq Moskva, hər halda, hadisələrin sülh yolu ilə nəticələnəcəyinə ümid edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook