Putin Ankaradakı terror aktını pislədi
Mart 14
00:47
2016
Rusiya prezidenti Vladimir Putin Ankaradakı terror aktını qətiyyətlə pisləyib və çoxlu sayda insan ölümünə görə Türkiyə xalqına başsağlığı verib.
Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya prezidenti Ankaradakı qeyri-insani terakt nəticəsində həlak olanların ailələrinə, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə şəfa tapmalarını arzulayır”, - deyə mətbuat katibi vurğulayıb.
Qlobal.az



