Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT

Fevral 05
18:56
2025
Bakı şəhər sakini Sadiq İsrafilov Batıgöz Klinikasının ödənişsiz göz müayinəsi adı altında pasiyentləri aldatmasından şikayətçidir.
O, bu barədə redaksiyamıza müraciətində bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl klinikanın həkimləri Lənkərana səfər ediblər və sığorta ilə işləyəcəklərini vəd edərək, xəstələri Bakıya - Batıgöz Xəstəxanasına yönəldiblər:
"Lakin xəstəxanaya gedən zaman, xəstələr uzun növbələrə dayanır və son nəticədə məlum olur ki, Batıgöz bu cür xəstələri qəbul etmir. Bacım oğlu Elşən İsrafilov da eyni problemlə üzləşib. O, Yardımlı şəhərində yaşayır. Bölgənini digər göz xəstələri kimi o da ümidlə Lənkəranda Batıgöz Klinikasının həkimlərinə üz tutub.
Amma həkimlər problemləri burda deyil, Bakıda həll edəcəklərini deyiblər. Bacım oğlu da atasıyla "Gənclik" metrosunun yaxınlığında yerləşən həmin klinikaya gəlib.
Xeyli gözlədikdən sonra məlum olub ki, sən demə, ümumiyyətlə, Batıgöz bu cür xəstələri qəbul etmir! Nəticədə boşuna vaxt və xeyli pulu xərcləyiblər. Həkimin umduğunu vermədikləri üçün kor-peşman rayona dönməli olublar".
Klinika tərəfindən aldadıldığını bildirən Elşən İsrafilov isə deyir ki, Bakıya gəldikdən sonra həkimlər ona əməliyyat olunmağı təklif ediblər:

Məsələ ilə bağlı Batıgöz Klinikası ilə əlaqə saxladıq. Klinikanın insan resursları departamentinin rəhbəri Günel Məmmədli Bakupost.az -a açıqlamasında bildirib ki, şikayətçi Lənkəranda müayinə olunub və gözündə anadangəlmə ləkə olduğu üçün Bakıya gəlmək tövsiyə olunub. O qeyd edib ki, pasiyent müayinə üçün deyil, katarakt əməliyyatı üçün göndəriş alıb:
Qeyd edək ki, Batıgöz Klinikası vaxtaşırı sosial şəbəkələrdə rayonlarda ödənişsiz göz müayinəsi ilə bağlı elanlar yerləşdirir. Lənkərandan başqa, yanvarın 5-də Bərdədə də belə bir qəbul keçirilib. Maraqlıdır ki, şikayətçi Sadiq İsrafilovun üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşımına rəy yazan digər vətəndaşlar da Batıgözün onları aldatdığından şikayət ediblər.

Qlobal.az