"Pulkovo" hava limanı fəaliyyətini dayandırıb

İyul 11
11:08
2025
Sankt-Peterburqun "Pulkovo" hava limanı uçuş xidmətlərini dayandırıb.
Bu barədə İnterfakc məlumat yayıb.
Qeyd edilib ki, Leninqrad vilayətində PUA xəbərdarlığı elan edilib və mobil internet siqnalının qismən azalması mümkündür.
"Təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir", - məlumatda deyilir.